Levandovski MLS-də debüt edib - VİDEO

23 İyul 2026 10:08
92
Levandovski MLS-də debüt edib - VİDEO

Polşalı hücumçu Robert Levandovski MLS-də “Çikaqo”nun heyətində “İnter Mayami”yə qarşı keçirilən oyunda debüt edib.

İdman.Biz xəbər verir ki, 37 yaşlı polşalı futbolçu “Barselona”dan ayrıldıqdan sonra yeni komandasında ilk rəsmi matçına çıxıb.

Levandovski start heyətində meydana daxil olub və 62-ci dəqiqədə əvəzlənib.

Təcrübəli hücumçu meydanda olduğu müddətdə qapıya bir zərbə endirib (bloklanıb), 2 driblinqdən 1-ni uğurla tamamlayıb, bütün hava mübarizələrində qalib gəlib. Onun dəqiq ötürmələrinin faizi isə 94 olub.

İdman.Biz