“Milan” keçmiş müdafiəçisi Franko Barezinin ölümü ilə bağlı şayiələri təkzib edib.
İdman.Biz bildirir ki, Barezi 1978-ci ildən 1997-ci ilə qədər “Milan”da oynayıb.
“Milan”, Franko Barezi ilə bağlı son zamanlar yayılan yalan məlumatları təkzib edir.
Franko çətin bir dövr keçirir və klub onu və ailəsini sevgi ilə dəstəkləyir.
Hər kəsi onun şəxsi həyatına hörmət etməyə və əsassız məlumatların yayılmasına töhfə verməməyə çağırırıq", - deyə “Milan”ın mətbuat xidməti sosial media səhifəsində bildirib.
Barezi “Milan”la altı Seriya A titulunu, dörd İtaliya Superkubokunu və üç Çempionlar Liqası titulunu qazanıb. Barezi 1982-ci ildə İtaliya milli komandası ilə dünya çempionu olub.
