La Liqa FİFA prezidenti İnfantinonun planlarına reaksiya verib

30 İyul 2026 01:35
98
La Liqa FİFA prezidenti İnfantinonun planlarına reaksiya verib

İspaniya La Liqasının mətbuat xidməti FIFA prezidenti Canni İnfantinonun dünya çempionatındakı payını özəl investorlara satmaq planları ilə bağlı məlumatlara cavab olaraq, Avropa Liqaları Şurasının qərarı pisləyən bəyanatını dəstəkləyib.

İdman.Biz bildirir ki, La Liqa ilə yanaşı, İngiltərə Premyer Liqası və İtaliya A Seriyasının nümayəndələri də Avropa Liqaları Şurasının bəyanatını dəstəkləyiblər. Lakin Almaniya Bundesliqasının və Fransa Liqa 1-in mətbuat xidmətləri bəyanata reaksiya verməyib.

"Avropa Liqaları Şurasının təsisçi üzvü olaraq La Liqa öz bəyanatında ifadə olunan mövqeyi dəstəkləyir və FIFA tərəfindən irəli sürülən təklifi rədd edir.

Futbolun dəyəri hər gün liqalar, klublar, oyunçular, azarkeşlər və bu idman növünü təşkil edən aktyorlar qrupu tərəfindən yaradılır. Buna görə də, onun gələcəyi ilə bağlı hər hansı bir qərar şəffaf, məsuliyyətli və yaxşı idarəetmə ilə, hər kəsin iştirakı ilə qəbul edilməlidir", - deyə İspaniya La Liqasının sosial media saytında X hesabı bildirib.

Daha əvvəl bildirilmişdi ki, İnfantino potensial olaraq on milyonlarla funt sterlinq qazandıra biləcək satış planı hazırlayır və ABŞ prezidenti Donald Tramp administrasiyasına yaxın şəxslərlə danışıqlar aparılır. Bir neçə futbol təşkilatı və idman xadimi bu qərarı pisləyib.

İdman.Biz