Paragüllə atıcımız Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxış edib.
İdman.Biz bildirir ki, o, 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) növü üzrə finalda 222 xal toplayaraq qızıl medal qazanıb və Dünya Kubokunun qalibi olub.
14:38
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunun finalına yüksəlib.
İdman.Biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
O, 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) üzrə təsnifat mərhələsində 534 xal toplayaraq həlledici raunda vəsiqə qazanıb.
Bu gün start götürən turnirə iyulun 29-da yekun vurulacaq.
