“Atletiko Madrid” yoldaşlıq oyununda “Xetafe”ni darmadağın edib

30 İyul 2026 01:14
120
“Atletiko Madrid” yoldaşlıq oyununda “Xetafe”ni darmadağın edib

"Atletiko Madrid" və "Xetafe" arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun Madrid ətrafındakı Mahadahonda şəhərindəki "Cerro del Espino" stadionunda baş tutub.

Madrid klubu matçı 4:1 hesabı ilə qazanıb.

"Atletiko Madrid"in hücumçusu Ademola Lukman oyunun beşinci dəqiqəsində hesabı açıb. Nigeriyalı hücumçu 25-ci dəqiqədə ikinci qolu vurub. "Xetafe"nin yarımmüdafiəçisi Alvaro Qutyerres ilk hissənin 40-cı dəqiqəsində komandasının yeganə qolunu vurub. İkinci hissədə, 55-ci dəqiqədə Madridin yarımmüdafiəçisi Arnau Ortiz "Atletiko"nun üçüncü qoluna imza atıb. 90-cı dəqiqədə Obed Varqas hesabı 4:1-ə çatdırıb.

İdman.Biz