Azərbaycan yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda iranlı Amirreza Saeid Tahmasbpourmarzouniyə məğlub olub - 4:5.
Təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
17:35
Azərbaycanın yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.
İdman.Biz xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda gürcüstanlı Saba Abaşidzeyə (9:3) qalib gələrək həlledici mərhələyə adlayıb.
Təmsilçimiz sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
17:18
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.
İdman.Biz xəbər verir ki, 45 kq çəki dərəcəsində yarışan idmançının yarımfinaldakı rəqibi iranlı Esmayili Armin Amin görüşə çıxmadığı üçün Əli Cavadlı adını həlledici mərhələyə yazdırıb.
Təmsilçimiz sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
15:15
Azərbaycanın yunan-Roma güləşçiləri Bakıda keçirilən U-17 dünya çempionatında növbəti qələbələrini qazanaraq yarımfinala vəsiqə əldə ediblər.
İdman.Biz xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən Abdulrəhman Hüseynli 1/4 finalda ermənistanlı Gevorq Harutyunyanla qarşılaşıb.
Azərbaycanlı güləşçi gərgin keçən görüşdə rəqibini 6:4 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
45 kq çəki dərəcəsində mübarizə aparan Əli Cavadlı isə 1/4 finalda gürcüstanlı Luka Bolkvadze üzərində tam üstünlüklə (9:0) qalib gələrək növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
14:48
Azərbaycanın yunan-Roma güləşçiləri Bakıda keçirilən U-17 dünya çempionatında növbəti görüşlərinə çıxıblar.
İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Elmir Çərkəzov 1/4 finalda belaruslu Roman Şarkovu 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
51 kq çəki dərəcəsində mübarizə aparan Abdulrəhman Hüseynli isə 1/8 finalda fransalı Lyes Bumazanı 9:0 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.
71 kq çəki dərəcəsində yarışan Nadir Həsənovun çıxışı isə 1/8 finalda başa çatıb. Azərbaycan güləşçisi ukraynalı Roman İvanikə 0:9 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
13:16
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatında 1/4 finala yüksəlib.
İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda almaniyalı Kristian Liebzeyti (1:1) sonuncu xal prinsipinə əsasən məğlub edib.
İdmançı daha əvvəl təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı (2:0) üstələyib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
12:48
Azərbaycanın yunan-Roma güləşçisi Nadir Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.
İdman.Biz xəbər verir ki, 71 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində tacikistanlı Mahdi Azizboyevə 10:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
12:19
Azərbaycanın yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə start verib.
İdman.Biz xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolu 9:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
12:10
Azərbaycanın yunan-Roma güləşçisi Zöhrab Səfərov Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk görüşünü keçirib.
İdman.Biz xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində ukraynalı Hlib Yevsieyevə 4:7 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
11:41
Azərbaycanın yunan-Roma güləşçiləri Əli Cavadlı və Elmir Çərkəzov Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşlərini qələbə ilə başa vurublar.
İdman.Biz xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən Əli Cavadlı təsnifat mərhələsində bolqarıstanlı Oqnyan Burqazovu 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
60 kq çəki dərəcəsində mübarizə aparan Elmir Çərkəzov isə təsnifat mərhələsində qazaxıstanlı Nurali Askar üzərində 2:0 hesablı qələbə qazanaraq yarışa uğurlu start verib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
09:53
Bu gün Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatında növbəti görüşlər baş tutacaq.
İdman.Biz xəbər verir ki, Azərbaycanın daha beş yunan-Roma güləşçisi təsnifat mərhələsində mübarizəyə başlayacaq.
Təsnifat mərhələsi
45 kq
Əli Cavadlı - Oqnyan Burqazov (Bolqarıstan)
51 kq
Abdulrəhman Hüseynli - Kuanişbek Janqajol (Qazaxıstan)
60 kq
Elmir Çərkəzov - Nurali Askar (Qazaxıstan)
71 kq
Nadir Həsənov - Mahdi Azizboyev (Tacikistan)
92 kq
Zöhrab Səfərov - Hlib Yevsieyev (Ukrayna)
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
