Bakıda təşkil olunan U-17 Dünya Güləş Çempionatının açılış mərasimində Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
İdman.Biz xəbər verir ki, nazir bütün iştirakçıları növbəti idman bayramı münasibətilə təbrik edib.
“Bu il Bakı dünyanın idman paytaxtıdır. Bu status bizə təsadüfən verilməyib. Azərbaycan hər zaman idman yarışlarını yüksək səviyyədə keçirib və əminəm ki, güləş üzrə U-17 Dünya Çempionatı da istisna olmayacaq. Bütün idmançılara uğurlar arzulayıram”, - deyə Fərid Qayıbov bildirib.
Qeyd edək ki, U-17 Dünya Güləş Çempionatı paytaxt Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Turnirdə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.
