Türkiyənin gənclər və idman nazirinin müavini, keçmiş olimpiya, dünya və Avropa çempionu Hamza Yerlikayanın Ankarada keçirilən Türkiyə Miniklər Güləş Çempionatında hakimlərlə mübahisə edib.
İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Yerlikayanın oğlu Cihan Yerlikayanın Haydarpaşa İdman Klubu adından çıxış etdiyi görüşdə məğlub olmasından sonra olub.
Hakimlərin qərarlarından narazı qalan Hamza Yerlikaya tribunadan yarışın keçirildiyi yerə tullanıb və hakimlərə tərəf gedib. Ətrafdakı şəxslərin müdaxiləsindən sonra gərginliyin böyüməsinin qarşısı alınıb.
Bəzi məlumatlarda Yerlikayanın hakimlərdən birini qolundan tutaraq zaldan çıxarmağa çalışdığı və sərt ifadələr işlətdiyi bildirilir.
