Bakıda keçiriləcək U-17 dünya çempionatına hazırlıq çərçivəsində Azərbaycanın güləş üzrə milli komandalarının açıq məşqi təşkil olunub.
İdman.Biz xəbər verir ki, hazırlıq prosesi yarışın keçiriləcəyi Milli Gimnastika Arenasında baş tutub.
Açıq məşqi Azərbaycan Güləş Federasiyasının rəsmiləri də izləyərək idmançılara dəstək veriblər.
Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.
Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1100-dən artıq qonaq dünya çempionatı ilə bağlı Azərbaycana təşrif buyuracaq.
