Ermənistan güləşçiləri Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəklər

21 İyul 2026 21:48
169
Ermənistan güləşçiləri Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəklər

Ermənistanın 17 yaşadək güləş komandaları 27 iyul - 2 avqust tarixlərində Bakıda keçiriləcək Dünya Çempionatında iştirak edəcəklər.

İdman.Biz bildirir ki, bunu Ermənistan Güləş Federasiyası açıqlayıb.

Məlumatda bildirilir ki, dünya çempionatında sərbəst güləş komandası baş məşqçi Arşak Ayrapetyanın rəhbərliyi ilə altı idmançı, yunan-Roma güləş komandasının isə baş məşqçi Qaqik Xaçatryanın rəhbərliyi ilə on güləşçi ilə təmsil olunacaq.

Yarışlar 2026-cı il iyulun 27-dən avqustun 2-dək keçiriləcək.

İdman.Biz