Azərbaycanı təmsil edən üç klub Çempionlar Liqasında mübarizəyə başladı - YENİLƏNİB

23 Sentyabr 2026 22:19
1 190
Azərbaycanı təmsil edən üç klub Çempionlar Liqasında mübarizəyə başladı

Üç Azərbaycan klubu Avropa Minifutbol Federasiyasının (EMF) Çempionlar Liqasında mübarizəyə başlayıb.

İdman.Biz xəbər verir ki, “Birbaşa Bakı” E qrupunda İngiltərənin “Ardeleni” komandasına 3:2 hesabı ilə qalib gəlib.

Azərbaycan çempionu “Zirə” G qrupunda Bosniya və Herseqovinanın “Krayna Plan 21” kollektivi ilə heç-heçə edib – 1:1.

“Aznur” isə F qrupunda iki oyun keçirib və hər ikisində məğlub olub. Komanda Polşanın “Sokil” klubuna 0:2, İngiltərənin “Bukovina Badeuti” kollektivinə isə 2:3 hesabı ilə uduzub.

20:10

Azərbaycanın minifutbol komandaları Avropa Minifutbol Federasiyasının (EMF) Çempionlar Liqasında növbəti oyunlarını keçirirlər.

İdman.Biz xəbər verir ki, “Birbaşa Bakı” ilk matçında İngiltərənin “FC Ardelenii” komandası ilə qarşılaşıb və 3:0 hesabı ilə qələbə qazanıb.

Qolları Təmkin Xəlilzadə (5), Məhəmməd Xəlilov (20) və Vüsal İsayev (34) vurublar.

17:22

Azərbaycanın minifutbol komandaları Avropa Minifutbol Federasiyasının (EMF) Çempionlar Liqasında növbəti oyunlarını keçirirlər.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi “Aznur” ilk matçında Polşanın “FC Sokil Varşava” komandası ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Aznur” isə saat 21:00-da İngiltərə təmsilçisi “Bukovina Badeuti” ilə qarşılaşacaq.

14:08

Azərbaycanın minifutbol komandaları bu gün Avropa Minifutbol Federasiyasının (EMF) Çempionlar Liqasında növbəti oyunlarını keçirəcəklər.

İdman.Biz xəbər verir ki, gün ərzində Azərbaycan təmsilçilərinin iştirakı ilə dörd qarşılaşma baş tutacaq.

16:00 - “Aznur” (Azərbaycan) - “FC Sokil Varşava” (Polşa)

19:00 - “Birbaşa Bakı” (Azərbaycan) - “FC Ardelenii” (İngiltərə)

20:00 - “Zirə” (Azərbaycan) - “Krayina Plan 21” (Bosniya və Herseqovina)

21:00 - “Aznur” (Azərbaycan) – “Bukovina Badeuti” (İngiltərə)

Qeyd edək ki, Azərbaycan minifutbol millisi son illərdə beynəlxalq arenada böyük uğurlara imza atıb. Yığma 2025-ci ildə dünya çempionatının finalında Macarıstanı 4:2 hesabı ilə məğlub edərək dünya çempionu olub.

İdman.Biz