Ümumdünya Şahmat Olimpiadası: Millilərimiz Yunanıstan və Ermənistanla qarşılaşacaqlar

23 Sentyabr 2026 09:49
53
Ümumdünya Şahmat Olimpiadası: Millilərimiz Yunanıstan və Ermənistanla qarşılaşacaqlar

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.

İdman.Biz xəbər verir ki, kişilərdən ibarət yığma bu turda Yunanıstanla qarşılaşacaq.

Qadınlardan ibarət komandamız isə Ermənistan seçməsi ilə üz-üzə gələcək.

Altı turdan sonra Azərbaycan kişilərdən ibarət komandası 10 xalla 12-ci, qadınlardan ibarət yığma isə eyni xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

İdman.Biz