Azərbaycan millisi yoldaşlıq görüşündə avtoqolla qələbə qazandı - YENİLƏNİB + VİDEO

23 Sentyabr 2026 21:53
1 211
Azərbaycan millisi yoldaşlıq görüşündə avtoqolla qələbə qazandı

Azərbaycan millisi Tacikistanla yoldaşlıq görüşündə qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma Ayxan Abbasovun baş məşqçi olduğu komandanın minimal hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 58-ci dəqiqəsində Tacikistan millisinin qapıçısı Oleq Baklov avtoqol müəllifi olub.

Xatırladaq ki, Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.

21:19

Azərbaycan - Tacikistan yoldaşlıq matçında hesab açılıb.

İdman.Biz xəbər verir ki, Toral Bayramov 58-ci dəqiqədə mükəmməl zərbə ilə Azərbaycan millisini hesabda önə çıxarıb.

21:05

Azərbaycan - Tacikistan yoldaşlıq matçında ikinci hissə başlayıb.

İdman.Biz xəbər verir ki, ilk hissədə hesab açılmayıb - 0:0.

20:49

Azərbaycan - Tacikistan yoldaşlıq matçında birinci hissə başa çatıb.

İdman.Biz xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

20:02

Azərbaycan - Tacikistan yoldaşlıq matçına start verilib.

Idman.Biz xəbər verir ki, qarşılaşma 8-ci km qəsəbə stadionunda keçirilir.

Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edir.

Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək.

19:12

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq görüşündə Tacikistan millisini sınağa çəkəcək

İdman.Biz xəbər verir ki, Azərbaycan millisi Emin Mahmudovun kapitanlığı ilə meydana çıxacaq.

Ayxan Abbasovun açıqladığı start heyəti təqdim edirik:

Emil Balayev, Rəhman Daşdəmirov, Rahil Məmmədov, Tellur Mütəllimov, Elvin Bədəlov, Toral Bayramov, Abdulla Xaybulla­yev, Emin Mahmudov (K), Aleksey İsaye­v, Rəhim Sadıxov, Musa Qurbanlı.

8-ci km qəsəbə stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Matçda baş hakim funksiyasını Moldovadan olan FIFA referisi Roman Jitar yerinə yetirəcək.

09:23

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti matçını keçirəcək.

İdman.Biz xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma yoldaşlıq görüşündə Tacikistan millisini sınağa çəkəcək.

8-ci km qəsəbə stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Matçda baş hakim funksiyasını Moldovadan olan FIFA referisi Roman Jitar yerinə yetirəcək.

Azərbaycan yığmasını qarşıdakı dövrdə UEFA Millətlər Liqasında da üç görüş gözləyir. Milli sentyabrın 27-də səfərdə Litvanın qonağı olacaq. Komanda daha sonra oktyabrın 1-də Lixtenşteyni, oktyabrın 4-də isə Litvanı Bakıda qəbul edəcək.

İdman.Biz