Gəncədə bədii gimnastika üzrə Açıq region birinciliyi keçiriləcək

11 Noyabr 2026 15:53
28
Gəncədə bədii gimnastika üzrə Açıq region birinciliyi keçiriləcək

20 Noyabrda Gəncədə bədii gimnastika üzrə Açıq region birinciliyi keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarış Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Birincilikdə müxtəlif yaş kateqoriyalarını təmsil edən gimnastlar mübarizə aparacaqlar.

Qeyd edək ki, turnir noyabrın 21-də yekun vurulacaq.

İdman.Biz