UEFA Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşib

11 Noyabr 2026 13:21
42
UEFA Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşib

UEFA Millətlər Liqasında keçiriləcək Lixtenşteyn - Azərbaycan oyununun hakimləri məlum olub.

İdman.Biz xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

D Liqasının qarşılaşmasını Estoniyadan olan Kristo Tohver idarə edəcək. Ona Silver Koiv və Sander Saqa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.

VAR-da Marko Liva, AVAR-da isə Yuri Frişer əyləşəcək.

Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

İdman.Biz