Fransa millisinin kapitanı Kilian Mbappe ilə baş məşqçi Zinəddin Zidan arasında münasibətlərin gərgin olduğu bildirilir.
İdman.Biz “Lequipe” nəşrinə istinadən xəbər verir ki, Mbappe Zidanın onu hücumun sol cinahında oynatmaq qərarından narazı qalıb. Fransa millisinin sentyabr toplanışı zamanı futbolçu ilə baş məşqçi arasında demək olar ki, ünsiyyət olmayıb.
Bildirilir ki, Zidan yaranmış soyuqluğu aradan qaldırmaq niyyətindədir. O, noyabr toplanışında Mbappeni özünün üstünlük verdiyi mövqedə - hücumun mərkəzində oynadacağını açıqlayıb.
Qeyd edək ki, Fransa millisi sabah UEFA Millətlər Liqasının beşinci turunda İtaliya ilə qarşılaşacaq. Görüş Milanda keçiriləcək.
Matç ərəfəsində bu gün səhər keçirilən məşqdə Mbappe iştirak etməyib. O, tibbi prosedurlardan keçib. Fransa millisi günün ikinci yarısında Milana yollanacaq.
