AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, qadınlar arasında Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda keçiriləcək “OH Leuven” (Belçika) - “HB Köge” (Danimarka) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 11-də Belçikanın Leuven şəhərində yerləşən “Den Dreef” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
