Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət millisi 2026/2027 mövsümündə Avropa çempionatının seçmə mərhələsinin birinci raunduna məğlubiyyətlə start verib.
İdman.Biz xəbər verir ki, Emin Mustafayevin baş məşqçi olduğu komanda səfərdə Almaniya ilə qarşılaşıb.
Görüş rəqibin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-17 növbəti matçını noyabrın 14-də Şimali İrlandiya seçməsinə qarşı keçirəcək.
