AGF ilə ABŞ-nin “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb

26 İyul 2026 11:21
84
AGF ilə ABŞ-nin “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb

Azərbaycan Güləş Federasiyası (AGF) və Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən "Sülh naminə güləş" təşkilatı arasında memorandum imzalanıb.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə hər iki tərəfin rəsmi şəxsləri, qonaqlar və digər rəsmi nümayəndələr iştirak edib.

İctimai diplomatiya üzrə müşavir “Sülh naminə güləş” təşkilatının icraçı direktoru Den Rassel Azərbaycan Güləş Federasiyasının baş katibi Pərviz Piriyev ilə görüşərək əməkdaşlığa görə təşəkkürünü bildirib.

Daha sonra ABŞ və Azərbaycan komandalarının üzvləri arasında qarşılıqlı hədiyyə mübadiləsi olub. Həmçinin ABŞ millisinin üzvləri “Zəfər” Güləş Klubunun uşaqlarına imzalı posterlər təqdim ediblər. Bununla yanaşı, İctimai Diplomatiya üzrə Müşavir tərəfindən ABŞ və Azərbaycanın güləş üzrə U-17 milli komandalarına və "Zəfər" Güləş Klubunun uşaqlarına hər iki ölkənin bayraqlarının nişanları təqdim olunub.

Sonda "Sülh naminə güləş" təşkilatı və AGF arasında anlaşma memorandumu imzalanıb.

İdman.Biz