UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lex” və Danimarkanın “Orhus” komandaları arasındakı matş başa çatıb.
İdman.Biz xəbər verir ki, bu komandaların Danimarkadakı ilk matçı 4:1 hesabı ilə polşalıların xeyrinə başa çatmışdı.
Lakin cavab qarşılaşmasının əsas vaxtı 3:0 hesabı ilə qonaq komandanın xeyrinə bitib. Əlavə vaxtda komandalar hərəyə bir qol vurublar – 4:1.
Cütlüyün taleyi penaltilərlə həll olunub. Penalti seriyasında danimarkalılar daha dəqiq olublar – 4:3.
Beləliklə, “Sabah” klubunun UEFA Çempionlar Liqasının üçüncü mərhələsindəki rəqibi Danimarkanın “Orhus” klubu olacaq. Komandalar arasında ilk oyun avqustun 4-də Danimarkada keçiriləcək.
