2026/2027 Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Polşanın “Qurnik” və Türkiyənin “Fənərbağça” arasında keçirilən ikinci oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, oyun Polşanın Zabrze şəhərindəki “Ernest Pol” stadionunda baş tutub və 1:1 hesablı heç-heçə ilə bitib. Beləliklə, ümumi hesab Türkiyə komandasının xeyrinə 2:1 olub.
12-ci dəqiqədə “Fənərbağça”nın hücumçusu Anderson Talişka penaltidən qol vurub. 45+10' dəqiqədə Qornikin müdafiəçisi Mixal Saçek hesabı bərabərləşdirib.
Turnirin növbəti turunda Türkiyə klubu Avstriyanın “Şturm” komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 4-də, cavab oyunu isə 11-də keçiriləcək.
