Kərim Adeyemi: “Heç bir oyunçudan qorxmuram”

30 İyul 2026 06:15
83
Kərim Adeyemi: “Heç bir oyunçudan qorxmuram”

“Barselona”nın yeni cinah oyunçusu Kərim Adeyemi, digər cinah oyunçusu Lamin Yamalla rəqabətdən qorxmadığını söyləyib.
İdman.Biz bildirir ki, Adeyemi Kataloniya klubuna “Borussiya Dortmund”dan keçib.

- Lamin Yamal ilə heyətdə yer uğrunda mübarizə aparmaqdan qorxursunuz?

- Xeyr. Heç bir oyunçudan qorxmuram. Bilirəm ki, bütün gücümü sərf etsəm, oynamaq şansım olacaq.

- Milli komandaya qayıtmaq istəyiniz olduğunu düşünürəm. "Barselona"da oynamaq buna nail olmağınıza kömək edə bilərmi?

- Düşünürəm ki, belədir, amma sonda bunu meydanda sübut etməliyəm. Milli komandaya qayıdıb-qayıtmayacağıma yalnız mən qərar verə bilərəm. Əminəm ki, yaxşı oynasam, orada olacağam”, - deyə "Mundo Deportivo" Adeyemidən sitat gətirib.

2025/2026 Bundesliqa mövsümündə 24 yaşlı Kərim Adeyemi 28 oyunda iştirak edib, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. O, həmçinin UEFA Çempionlar Liqasında doqquz oyunda iştirak edib, üç qol vurub və iki məhsuldar ötürmə edib.

İdman.Biz