İki qadın güləşçimiz təsəlliverici görüşə çıxacaq

31 İyul 2026 09:51
88
İki qadın güləşçimiz təsəlliverici görüşə çıxacaq

Bakıda keçirilən U-17 dünya çempionatında bu gün iki qadın güləşçimiz xalça üzərinə çıxacaq.

İdman.Biz xəbər verir ki, 40 kq çəki dərəcəsində mübarizə aparan Gülxanım Şirinova təsəlliverici görüşdə Monqolustan təmsilçisi Azzaya Battulqa, 53 kq-da çıxış edən Fatimə Bayramova isə Macarıstan güləşçisi Mariya Jitovoz ilə qarşılaşacaq.

Hər iki idmançımız ötən gün 1/4 finalda məğlub olub.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

İdman.Biz