UEFA Konfrans Liqası: “Neftçi” “Dinamo”ya qarşı

30 İyul 2026 09:14
95
UEFA Konfrans Liqası: “Neftçi” “Dinamo”ya qarşı

Bu gün Azərbaycanın “Neftçi” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında Belarusun “Dinamo” (Minsk) klubu ilə səfərdə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komandanı turnirdəki çıxışını davam etdirmək və ilk oyundakı uğursuzluğun əvəzini çıxmaq üçün çətin səfər sınağı qözləyir.

Bakıda keçirilən ilk görüşdə rəqibinə 2:4 hesabı ilə məğlub olan “ağ-qaralar” mərhələ adlamaq üçün Bolqarıstanda mütləq böyükhesablı qələbə qazanmalıdırlar.

Stara Zaqora şəhərində baş tutacaq həlledici qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Konfrans Liqası
İkinci təsnifat mərhələsi, cavab oyunu
30 iyul

21:00. “Dinamo” - “Neftçi”
(İlk oyun – 4:2)

Baş hakim: Tim Marşall
Baş hakimin köməkçiləri: Georgios Argiropulos, Rayan Kelsi
Dördüncü hakim: Şeyn Makqonigl
Beroe stadionu (Stara Zaqora)

İdman.Biz
Məqalədə: