İnfantino layihəsini tənqid edənlərə cavab verib

30 İyul 2026 09:08
84
İnfantino layihəsini tənqid edənlərə cavab verib

FİFA prezidenti Canni İnfantino dünya çempionatındakı payını özəl investorlara satmaq planına qarşı tənqidlərə cavab verib.

İdman.Biz bildirir ki, bir neçə futbol təşkilatı və idman xadimi İnfantinonun qərarını pisləyib.

"Əvvəla bu, öhdəlik deyil, fürsətdir. Bu, sadəcə danışıqlar prosesinin bir hissəsi olan bir təklifdir", - deyə RMC Sport İnfantinonun sözlərini sitat gətirib.

Daha əvvəl İnfantinonun şəxsən on milyonlarla funt sterlinq qazandıra biləcək bir satış planı hazırladığı və ABŞ prezidenti Donald Tramp administrasiyasına yaxın şəxslərlə danışıqların aparıldığı bildirilirdi. İnfantino FİFA üzv ölkələrinə müqavilənin təsdiqlənməsi şərti ilə hər birinə 40 milyon dollar maliyyə dəstəyi təklif edib.

İdman.Biz