UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Zirə" ilə "Payde" arasında cavab matçı 1:1 hesabı ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, bununla da "Zirə" iki oyunun nəticəsinə görə "Payde"yə uduzaraq Konfrans Liqasında mübarizəni dayandırıb. Komandaların Estoniyada keçirilən ilk oyunu meydan sahiblərinin xeyrinə 1:0 başa çatmışdı.
21:30
"Zirə" - "Payde" matçında hesab bərabərləşib.
İdman.Biz xəbər verir ki, 71-ci dəqiqədə Estoniya klubunun oyunçusu Henri Anyer cavab topunu vurub.
21:02
"Zirə" - "Payde" matçında ikinci hissədir.
İdman.Biz xəbər verir ki, matçın birinci yarısı "Zirə"nin cüzi üstünlüyü ilə bitib - 1:0.
20:47
"Zirə" - "Payde" matçında ilk hissə bitib.
İdman.Biz xəbər verir ki, matçın ilk yarısı "Zirə"nin cüzi üstünlüyü ilə bitib - 1:0.
20:06
"Zirə" - "Payde" matçında hesab açılıb.
İdman.Biz xəbər verir ki, 5-ci dəqiqədə Eren Aydın "Zirə"ni irəli çıxarıb.
20:00
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" "Payde"ni qəbul edir.
İdman.Biz bildirir ki, komandalar arasında Estoniyada keçirilmiş görüşdə "Payde" 1:0 hesabı ilə qalib gəlib. Bu cütlüyün qalibi üçüncü təsnifat mərhələsində Avstriyanın "Rapid" klubu ilə qarşılaşacaq.
19:04
Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" və "Payde" klubları arasında cavab görüşü keçiriləcək.
İdman.Biz xəbər verir ki, artıq hər iki komandanın start heyəti bəlli olub.
"Zirə": 13. Aydın Bayramov, 4. Ruan Renato, 5. Anje Mutsinzi, 32. Qismət Alıyev(kapitan), 20. İssa Cibrilla, 93. Brahim Konate, 21. Guima, 17. Vieyrinya, 7. Eren Aydın, 22. Ayxan Quseynov, 9. Davit Volkov
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 99. Səlim Həşimov, 2. Amin Seydiyev, 8. İsmayıl İbrahimli, 10. Giorgi Papunaşvili, 11. Martins Junior, 14. Elçin Əlicanov, 23. Smit, 27. Loue, 29. Diqbeu, 57. Yusif Hacıyev, 77. Yeqor Boqomolski
Baş məşqçi: Rəşad Sadıqov
"Payde": 99. Ebrima Jarju, 27. Nikita Baranov, 3. Viktor Huqo, 7. Edqar Tur, 2. Mikael Lilander, 28. Oskar Haym(kapitan), 10. Martin Miller, 11. Sohna, 77. Daniel Luts, 19. Siim Luts, 30. Badamosi
Ehtiyat oyunçular: 12. Meerits, 56. Sapp, 4. Andrade, 6. Daniel Kabral, 8. Oyamaa, 9. Anier, 14. Yobarte, 17. Çam, 20. Piht, 21. Smirnov, 24. Niqula
Baş məşqçi: Tarno Kink/Mika Laurikaynen
Komandalar arasında Estoniyada keçirilmiş görüşdə "Payde" 1:0 hesabı ilə qalib gəlib.
09:19
Bu gün “Zirə” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Estoniyanın “Payde” klubu ilə cavab matçına çıxacaq.
İdman.Biz xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnirdəki taleyini həll edəcək qarşılaşmada qələbə qazanaraq mərhələ adlamağa çalışacaq.
İlk görüşdə qeydə alınan minimal hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün meydana tam heyətlə çıxacaq.
Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək.
Xatırladaq ki, komandalar arasında Estoniyada baş tutan ilk qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar. “Zirə”nin növbəti mərhələyə vəsiqə qazanması üçün bu gün mütləq 2 top fərqi ilə qalib gəlməlidir.
UEFA Konfrans Liqası
İkinci təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. “Zirə” - “Payde”
(İlk oyun: 0:1)
Baş hakim: Patrik Kolariç
Baş hakimin köməkçiləri: İvan Yaniç, Dino Knez
Dördüncü hakim: Patrik Pavleşiç
VAR: Dario Bel
AVAR: Ante Çuljak
Dəstək VAR hakimi: Tihomir Pejin
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu (Sumqayıt)
