Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində doqquz cavab oyunu baş tutacaq.
İdman.Biz xəbər verir ki, günün ən maraqlı qarşılaşmalarından biri Portuqaliyada keçiriləcək. “Benfika” ilk oyunda İsveçrədə 1:2 hesabı ilə məğlub olduğu “Sankt-Qallen”i qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Kiyev “Dinamo”su da səfərdə geridönüş etməyə çalışacaq. Ukrayna təmsilçisi ilk görüşdə 2:3 hesabı ilə uduzduğu Yunanıstanın PAOK klubu ilə saat 21:45-də üz-üzə gələcək.
İlk oyun 1:1 hesabı ilə başa çatan “Anderlext” - ”Hammarbü” cütünün cavab qarşılaşması Brüsseldə keçiriləcək və saat 22:30-da start götürəcək. Eyni vaxtda “Ferentsvaroş” ilk matçda səfərdə 2:1 hesabı ilə məğlub etdiyi “Tvente”ni qəbul edəcək.
Saat 21:00-da isə üç görüş keçiriləcək. “Midtyullann” “Beşiktaş”ı, “Pafos” “Hayduk”u, “Hradets-Kralove” isə “Tromse”ni qəbul edəcək. Bu cütlərin ilk oyunlarında müvafiq olaraq Türkiyə, Xorvatiya və Çexiya təmsilçiləri qələbə qazanıblar.
Ölkəmizi təmsil edən “Qarabağ” isə Bolqarıstanda “CSKA Sofia”nın qonağı olacaq. Bolqarıstanın Sofiya şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında Bakıda baş tutan ilk oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
Günün ilk qarşılaşması saat 20:00-da başlayacaq. “Makkabi” (Təl-Əviv) ilk oyunda Moldovada “Şerif”i 5:0 hesabı ilə məğlub etdikdən sonra rəqibini öz meydanında qəbul edəcək.
İkinci təsnifat mərhələsinin qalibləri UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksələcək. Məğlub olan komandalar isə avrokubok mövsümünü UEFA Konfrans Liqasında davam etdirəcəklər.
Oyunların təqvimi (Bakı vaxtı ilə):
20:00 - “Makkabi” (Təl-Əviv) - “Şerif”
21:00 - “Midtyullann” - “Beşiktaş”
21:00 - “Pafos” - “Hayduk”
21:00 - “Hradets-Kralove” - “Tromse”
21:45 - PAOK - “Dinamo” (Kiyev)
22:00 - “Qarabağ”- “CSKA Sofia”
22:30 - “Anderlext” - “Hammarbü”
23:00 - “Benfika” - “Sankt-Qallen”
22:30 - “Ferentsvaroş” - “Tvente”
