U-18 basketbol millimiz Çexiya ilə üz-üzə gələcək

29 İyul 2026 09:53
114
U-18 basketbol millimiz Çexiya ilə üz-üzə gələcək

Bu gün Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Xorvatiyanın Opatija şəhərində keçirilən FIBA U-18 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, yığmamız B qrupunun sonuncu oyununda Çexiya millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisinin qrup mərhələsində iki qələbəsi və iki məğlubiyyəti var. Yığmamız Polşa və İslandiya millisinə məğlub olub. Ukrayna və Portuqaliya seçməsi üzərində isə qələbə qazanıb.

İdman.Biz