Rusiyanın “Dinamo” (Vladivostok) basketbol klubunun prezidenti və baş məşqçisi Eduard Sandler 44 yaşında vəfat edib.
İdman.Biz xəbər verir ki, o, Vladivostokda hidrosikletlə hərəkət edərkən qayalara çırpılıb və bəndə dəyərək həyatını itirib.
Sandler daha əvvəl Rusiyanın "Spartak-Primorye" basketbol klubunda maliyyə vəsaitlərindən qanunsuz istifadə etdiyinə görə iki il həbs cəzası almış, sonradan vaxtından əvvəl azadlığa buraxılmışdı.
Ötən il isə futbolçu Anton Muxin onu hamamda döyməkdə ittiham edərək polisə şikayət etmişdi.
