“Filadelfiya” rəsmi olaraq Lebron Ceymsi təqdim edib

27 İyul 2026 22:52
102
“Filadelfiya” rəsmi olaraq Lebron Ceymsi təqdim edib

“Filadelfiya 76ers” komandası sosial media səhifəsində dördqat Milli Basketbol Assosiasiyasının (NBA) çempionu Lebron Ceymsin transferini rəsmi olaraq elan edib.

İdman.Biz bildirir ki, 41 yaşlı Ceyms klubla veteran minimumu çərçivəsində iki illik müqavilə imzalayıb. Onun maaşı 2026-27 mövsümündə 3.876.529 dollar, 2027-28 mövsümündə isə 4 milyon 70 min 355 dollar olacaq. Müqavilənin ikinci ili oyunçu seçimindən asılıdır. Bu, onun karyerasının 24-cü mövsümü olacaq.

Ceyms 2018-ci ildən bəri oynadığı “Los-Anceles Leykers”dən ayrıldıqdan sonra azad agent idi.

İdman.Biz