U-18 basketbol millimiz Avropa çempionatının B divizionunda ilk qrup qələbəsini qazanıb - YENİLƏNİB + FOTO

25 İyul 2026 17:24
940
U-18 basketbol millimiz Avropa çempionatının B divizionunda ilk qrup qələbəsini qazanıb - YENİLƏNİB + FOTO

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda ikinci qrup oyununu Ukrayna seçməsinə qarşı keçirib.

İdman.Biz xəbər verir ki, Xorvatiyada keçirilən qitə birinciliyində yığma ilk hissəni geridə tamamlasa da, sonradan geri dönüş edərək 77:68 hesablı qələbəyə sevinib.

Görüşün ən dəyərli basketbolçusu (MVP) 20 xal, 17 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Bu qələbə U-18 millimizin Avropa çempionatı B divizionunda qazandığı ilk qrup qələbəsi kimi də tarixə düşüb.

Qeyd edək ki, Azərbaycan qrupda növbəti oyununu sabah Bakı vaxtı ilə saat 12:30-da İslandiya seçməsinə qarşı keçirəcək.

09:26

Bu gün Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Xorvatiyanın Opatija şəhərində keçirilən FIBA U-18 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, yığmamız B qrupunun ikinci turunda Ukrayna millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi Polşa yığmasına 60:70 hesabı ilə məğlub olub.

İdman.Biz