“Sumqayıt” klubu ABŞ-li basketbolçu transfer edib.
İdman.Biz xəbər verir ki, komanda 27 yaşlı hücumçu Malek Qrinlə mövsümün sonuna qədər anlaşıb.
201 sm boya malik oyunçu son olaraq ABŞ-nin “Younqstovn Steyt” komandasında çıxış edib. Qrin bu komandada keçirdiyi son mövsümündə 10,1 xal və 5,7 ribaundla yadda qalıb.
Bundan başqa, oyunçu Lüksemburq, Vyetnam, Xorvatiya, İngiltərə və Almaniya çempionatlarında da çıxış edib.
Xatırladaq ki, daha əvvəl Hüseyn Əsgərli də komandanın heyətinə cəlb olunub.
15:52
“Sumqayıt” heyətinə yeni basketbolçu cəlb edib.
İdman.Biz xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Hüseyn Əsgərli ilə bir illik müqavilə imzalanıb.
20 yaşlı oyunçu buna qədər “Sərhədçi”, “Şəki” və “Lənkəran” komandalarında da çıxıb edib.
