Azərbaycan yığması Millətlər Liqasında Litva ilə qarşılaşacaq

27 Sentyabr 2026 10:28
78
Azərbaycan yığması Millətlər Liqasında Litva ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, yığmamız D Liqasının ikinci qrupunda səfərdə Litva ilə qarşılaşacaq. Görüş Kaunas şəhərindəki S.Daryus və S.Girenas stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Menelaos Antoniu olacaq. Ona yan xətt hakimləri Pavlos Georgiu və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək.

Litva millisi turnirə qələbə ilə başlayıb. Baltikyanı ölkə ilk turda səfərdə Lixtenşteyni 2:0 hesabı ilə məğlub edib. Azərbaycan isə qrupdakı ilk matçını məhz bu gün keçirəcək.

AFFA-nın məlumatına görə, qarşılaşma üçün 8 500 bilet satılıb. Azərbaycan millisinin təxminən 100 azarkeşi Kaunasda komandaya dəstək verəcək.

Qeyd edək ki, Azərbaycan və Litva milliləri növbəti dəfə oktyabrın 4-də üz-üzə gələcəklər. Həmin görüş Azərbaycanda keçiriləcək.

İdman.Biz