Şakil O’Nil övladlarına: “Biz varlı deyilik, mən varlıyam”

27 Sentyabr 2026 15:28
94
Şakil O’Nil övladlarına: “Biz varlı deyilik, mən varlıyam”

ABŞ basketbolunun əfsanəsi, NBA-nın sabiq ulduzu Şakil O’Nil övladlarının ailənin sərvətindən istifadəsi ilə bağlı sərt qaydalar müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, sərvəti təxminən 400 milyon dollar (680 milyon AZN) qiymətləndirilən O’Nil övladlarının tərbiyəsindən danışarkən maraqlı ifadə işlədib:

“Biz varlı deyilik, mən varlıyam”.

O, övladlarının yalnız atalarının sərvətinə arxalanaraq maliyyə dəstəyi gözləyə bilməyəcəyini vurğulayıb. Bəzi məlumatlara görə, O’Nil onların ailə sərvətinə çıxış əldə etməsi üçün iki ali təhsil diplomuna sahib olmasını şərt qoyub. Basketbol əfsanəsi açıqlamalarında bakalavr və ya magistr dərəcəsinin, eləcə də ümumilikdə təhsilin vacibliyini də qeyd edib.

O’Nil bildirib ki, övladlarından biri biznes qurmaq üçün ondan sərmayə almaq istəsə, əvvəlcə real sahibkar kimi ideyasını və biznes planını təqdim etməlidir.

Onun oğlu Maylz O’Nil peşəkar DJ karyerasına ciddi şəkildə başlamaq üçün atasından maliyyə dəstəyi almamışdan əvvəl biznes plan hazırlayıb təqdim edib. O, sonradan musiqi sahəsində peşəkar fəaliyyətə başlayıb, Las-Veqasda və EDC kimi festivallarda çıxış edib.

O’Nilin digər oğlu Şərif hazırda “Reebok” şirkətində fəaliyyət göstərir və brend, eləcə də NIL istedadlarının cəlb olunması sahəsində atası ilə əməkdaşlıq edir.

Şakil O’Nilin böyük qızı Tahira isə 2019-cu ildə “Oglethorpe” Universitetini “magna cum laude” dərəcəsi ilə bitirib və daha sonra kommunikasiya və marketinq sahəsində fəaliyyətə başlayıb.

İdman.Biz