Qızlardan ibarət basketbol millimiz Avropa çempionatı üçün Rumıniyaya yollanıb

29 İyul 2026 09:23
136
Qızlardan ibarət basketbol millimiz Avropa çempionatı üçün Rumıniyaya yollanıb

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi FIBA U-18 Qadınlararası Avropa çempionatının B divizionunda iştirak etmək üçün Rumıniyaya yola düşüb.

İdman.Biz xəbər verir ki, yığmamız qrup mərhələsində ev sahibi Rumıniya ilə yanaşı, Portuqaliya, Niderland və İslandiya seçmələri ilə mübarizə aparacaq.

Qeyd edək ki, FIBA U-18 Qadınlararası Avropa çempionatının B divizionunun oyunları iyulun 31-dən avqustun 9-dək Rumıniyanın Tulça şəhərində keçiriləcək.

İdman.Biz