Basketbol üzrə U-18 Avropa çempionatının B divizionunda Azərbaycan və Portuqaliya yığmaları arasında keçirilən oyundan sonra insident yaşanıb.
İdman.Biz xəbər verir ki, komandalar arasında baş tutan qarşılaşma Azərbaycan millisinin 52:50 hesablı qələbəsi ilə yekunlaşsa da, final fitindən sonra basketbolçular arasında gərginlik yaranıb.
Məlumata görə, tərəflər arasında mübahisə qısa müddətdə davaya çevrilib. Hadisənin hansı səbəbdən baş verdiyi və insidentlə bağlı hər hansı intizam tədbirinin görülüb-görülmədiyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, komanda qrupda daha əvvəl keçirdiyi görüşlərdə Polşa millisinə 60:70, İslandiyaya 56:95 hesabı ilə məğlub olub, Ukraynanı (77:68) üstələyib.
