“Gəncə” basketbol komandasının yeni baş məşqçisi məlum olub.
İdman.Biz kluba istinadən bildirir ki, “sarı-göylər”i ABŞ-dən olan Martin Knejeviç çalışdıracaq. 47 yaşlı mütəxəssislə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb.
“Martin Knejeviç 12 illik peşəkar məşqçi karyerasında vətənindən başqa 7 ölkədə işləyib. O, Kanada, Danimarka, Rumıniya, Livan, Vyetnam, Meksika və Çində fəaliyyət göstərib. NBA-də çıxış edən bir çox oyunçu ilə çalışıb. “Dallas Maveriks” və “Klivlend Kavalyers” kimi klublarda iş təcrübəsinə malikdir.
Klubumuz Martin Knejeviçin “Gəncə”ni növbəti uğurlara daşıyacağına inanır. Mütəxəssisin rəhbərliyi altında komandamızın Avropa Kubokunda, ABL-də və Azərbaycan Kubokunda qələbələrə imza atacağını gözləyirik”, - məlumatda bildirilir.
