Ötən gün Qobu-Lökbatan yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki futbolçu həlak olub.
İdman.Biz xəbər verir ki, qəza minik avtomobili ilə "Ford Transit" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verib.


Hadisə nəticəsində minik avtomobilində olan Bəhruz Sultanov və Rauf Hüseynov həyatlarını itiriblər. "Ford Transit"in sürücüsü isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qeyd edək ki, qəzada həlak olan Bəhruz Sultanov və Rauf Hüseynov "Qobu" Peşəkar Futbol Klubunun futbolçuları olublar.


Fotoda: qəzada həlak olan "Qobu" FK-nın futbolçusu Rauf Hüseynov.
