Azərbaycanın U-18 qızlardan ibarət basketbol millisinin FIBA U-18 Qadınlararası Avropa Çempionatının B divizionu üçün heyəti müəyyənləşib.
İdman.Biz xəbər verir ki, yarış 31 iyul - 9 avqust tarixlərində Rumıniyanın Tulça şəhərində keçiriləcək.
Millimiz A qrupunda Rumıniya, Portuqaliya, Niderland və İslandiya yığmaları ilə mübarizə aparacaq.
Komandanın heyətində 12 basketbolçu yer alıb: Aylin Əkbərzadə, Zeyneb Zeytingöz, Leyla Allahverdiyeva, Deniz Gökçöl, Mədinə Məmmədova, Angelina İsmayılova, Qalina Quşina, Sitarə Abbasova, Aylin Niftəliyeva, Nigar Məysərova, Polina Şukina və Viktoriya Ulyanova.
Millinin baş məşqçisi Evren Alkayadır. Məşqçilər Aygün Eynullayeva və Ferhat Ağcan, fiziki hazırlıq məşqçisi Murat Selman Çolakdır. Nəriman Məhərrəm baş menecer, Aliyə İbrahimova isə həkim kimi heyətdə yer alıb.
12:31
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi bu gün Rumıniyanın Tulça şəhərində keçirilən FIBA U-18 Qadınlararası Avropa çempionatının B divizionunda ilk oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, yığmamız A qrupunda Rumıniya millisi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Xatırladaq ki, Azərbaycan millisinin qrup mərhələsində Portuqaliya, Niderland və İslandiya yığmaları ilə görüşləri var.
