“Gəncə” daha bir legioneri ilə müqaviləni uzadıb

30 İyul 2026 15:48
99
“Gəncə” daha bir legioneri ilə müqaviləni uzadıb

“Gəncə” basketbol klubu daha bir legioneri ilə müqaviləni uzadıb.

İdman.Biz basketbolçunun maraqlarını təmsil edən agentliyə istinadən xəbər verir ki, bölgə təmsilçisi Xavyer Rodeslə daha bir mövsümlük yeni müqavilə imzalayıb.

Rodes ötən mövsüm “Gəncə”nin heyətində keçirdiyi oyunlarda orta hesabla 10,1 xal toplayıb, 4,8 məhsuldar ötürmə verib və 3,8 ribaund edib. O, komanda ilə birlikdə Azərbaycan Kubokunun qalibi olub, həmçinin Azərbaycan Basketbol Liqasının bürünc medalını qazanıb.

Qeyd edək ki, “Gəncə” daha əvvəl də cari yay fasiləsində ilk müqavilə uzadılması barədə məlumat vermişdi. Klub ötən mövsüm komandanın kapitanı olan Carvis Qarretti heyətində saxlayıb.

İdman.Biz