Basketbolçu yeni mövsümdə də “Gəncə”nin formasını geyinəcək

30 İyul 2026 12:13
97
Basketbolçu yeni mövsümdə də “Gəncə”nin formasını geyinəcək

“Gəncə” Basketbol Klubu ötən mövsüm kapitan sarğısını daşıyan Carvis Qarretlə müqaviləni yeniləyib.

İdman.Biz xəbər verir ki, 31 yaşlı basketbolçu ilə yeni anlaşma mövsümün sonunadək nəzərdə tutulub.

Oyun qurucusu mövqeyində çıxış edən Qarret yeni mövsümdə də “Gəncə”nin aparıcı üzvlərindən biri olacaq.

Qeyd edək ki, ABŞ-li basketbolçu ötən mövsüm Azərbaycan Kubokunun final qarşılaşmasında ən dəyərli oyunçu (MVP) seçilib.

İdman.Biz