“Sabah” Azərbaycan millisinin basketbolçusu ilə birillik müqavilə imzaladı

23 Oktyabr 2026 22:04
100
“Sabah” Azərbaycan millisinin basketbolçusu ilə birillik müqavilə imzaladı

“Sabah” basketbol klubu Azərbaycan millisinin üzvü Orxan Aydının transferini rəsmiləşdirib.

İdman.Biz xəbər verir ki, 37 yaşlı basketbolçu ilə bir mövsümlük müqavilə imzalanıb.

1989-cu il oktyabrın 1-də Bakıda anadan olan Aydının boyu 203 santimetrdir. O, ağır hücumçu mövqeyində çıxış edir.

Təcrübəli basketbolçu karyerası ərzində Türkiyənin “Darüşşafaka”, “Türk Telekom”, “Aliağa Petkim”, “Uşak Sportif”, “Qalatasaray”, “Qaziantep Basketbol” və “Yalovaspor” klublarının formasını geyinib.

O, həmçinin “Acıbadem Universiteti” və “Bandırma Bordo” komandalarında oynayıb, daha sonra “Mersin Spor”a keçib.

“Sabah”da Orxan Aydının Türkiyə çempionatında və Azərbaycan millisində qazandığı təcrübənin komandanın cari mövsümdəki hədəflərinə çatmasına kömək edəcəyinə ümid bəslənilir.

İdman.Biz