“Sabah”ın baş məşqçisi məğlubiyyətin məsuliyyətini üzərinə götürdü

23 Oktyabr 2026 22:27
104
“Sabah”ın baş məşqçisi məğlubiyyətin məsuliyyətini üzərinə götürdü

“Sabah”ın baş məşqçisi Lazar Spasiç Azərbaycan Basketbol Liqasının dördüncü turunda “Naxçıvan”a 83:88 hesabı ilə məğlub olduqları oyundan sonra komandasının çıxışından narazı qalıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis uğursuz nəticənin məsuliyyətini öz üzərinə götürüb.

“İlk növbədə “Naxçıvan”ı təbrik edirəm. Zəif oynadıq və matça düzgün yanaşmadıq. Əlbəttə, bütün məsuliyyət mənim üzərimdədir. Komandanın meydançada necə oyun göstərməsinə məhz mən cavabdehəm”, - deyə Spasiç bildirib.

Baş məşqçi Fransanın “Nanter” klubu ilə qarşıdakı görüşün əhəmiyyətinə də toxunub:

“Qarşıda bizi mövsümün ən vacib oyunlarından biri gözləyir. “Nanter”lə matça komandanın maksimum hazırlıqlı və köklənmiş vəziyyətdə çıxması üçün əlimdən gələni edəcəyəm”.

İdman.Biz