“Sabah” azərbaycanlı basketbolçunu transfer edib

22 Oktyabr 2026 17:55
118
“Sabah” azərbaycanlı basketbolçunu transfer edib

“Sabah” komandası heyətini azərbaycanlı məhşur basketbolçu Orxan Aydın Hacıyevlə gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə basketbolçunun əvvəlki klubu “Mersinspor” məlumat yayıb.

Komandanın kapitanı olan basketbolçu karyerasını Azərbaycan təmsilçisində davam etdirəcək. Klub rəhbərliyi onun göstərdiyi mübarizəyə, liderlik keyfiyyətlərinə və komandaya verdiyi töhfəyə görə təşəkkür edib, karyerasının növbəti mərhələsində uğurlar arzulayıb.

Qeyd edək ki, bu məlumatı basketbolçunun agenti də təsdiqləyib.

“Bayquşlar” transferi rəsmən elan etməyib.

İdman.Biz