ABŞ prezidenti Donald Tramp NBA-nın dördqat çempionu, “Filadelfiya Siksers”in basketbolçusu Lebron Ceymsi ölkənin dövlət himni səslənərkən nümayiş etdirdiyi davranışa görə sərt tənqid edib.
İdman.Biz xəbər verir ki, buna səbəb basketbolçunun “Nyu-York Niks”lə qarşılaşmadan əvvəl himn zamanı çəkilmiş videosu olub. Görüntülərdə Ceymsin xokkey çubuğu ilə zərbə endirməyi və top atmağı təqlid etdiyi əks olunub.
Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada basketbolçunun davranışını ölkəyə hörmətsizlik kimi qiymətləndirib.
“Dövlət himnimiz səslənərkən Lebron Ceyms ölkəmizə hörmətsizlik edir! Mən əvvəldən onun yaramaz olduğunu demişdim. Bu, tam biabırçılıqdır. Lebron Ceyms Amerika bayrağı və ölkəmizin təmsil etdiyi bütün dəyərlər uğrunda həyatını itirmiş böyük amerikalı döyüşçülərdən və qəhrəmanlardan üzr istəməlidir!” - deyə Tramp yazıb.
Qeyd edək ki, NBA-nın müntəzəm mövsümündə keçirilən qarşılaşmada “Filadelfiya Siksers” səfərdə “Nyu-York Niks”ə 106:100 hesabı ilə qalib gəlib. Lebron Ceyms görüşdə 14 xal toplayıb.
