“Sabah” basketbol komandası bu gün NTD ilə üz-üzə gələcək

23 Oktyabr 2026 10:23
120
“Sabah” basketbol komandası bu gün NTD ilə üz-üzə gələcək

Azərbaycan Basketbol Liqasında dördüncü tur bu gün başlayır.

İdman.Biz xəbər verir ki, turun açılış günündə bir oyun keçiriləcək.

Son ölkə çempionu “Sabah” NTD ilə qarşılaşacaq. Milli Gimnastika Arenasında baş tutacaq görüş saat 19:00-da start götürəcək.

Qeyd edək ki, ehtiyatda bir oyunu olan “Sabah” dörd xalla turnir cədvəlinin lideridir. NTD isə üç xalla yeddinci sırada yer alır.

İdman.Biz
Məqalədə: