NTD və “Ordu” basketbol meydanında qarşılaşacaqlar

24 Oktyabr 2026 11:48
119
NTD və “Ordu” basketbol meydanında qarşılaşacaqlar

Azərbaycan Basketbol Liqasında dördüncü turun növbəti oyunu bu gün keçiriləcək.

İdman.Biz xəbər verir ki, NTD və “Ordu” komandaları üz-üzə gələcəklər.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının dördüncü turuna oktyabrın 25-də yekun vurulacaq. Turun ötən gün keçirilən matçında “Naxçıvan” “Sabah”a 88:83 hesabı ilə qalib gəlib.

İdman.Biz
Məqalədə: