229 sm boyu olan 18 yaşlı basketbolçu NBA ulduzlarını geridə qoyur - FOTO

29 İyul 2026 17:03
114
229 sm boyu olan 18 yaşlı basketbolçu NBA ulduzlarını geridə qoyur - FOTO

Avstraliyanın “BA Centre of Excellence” basketbol komandasının mərkəz oyunçusu Conqkuç Maç qeyri-adi boyu ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, 18 yaşlı basketbolçunun boyu 229 sm-dir. Bu göstərici ilə Maç NBA-da çıxış edən bütün basketbolçulardan hündürdür.

Müqayisə üçün, “San-Antonio Spörs”ün fransalı mərkəz oyunçusu Viktor Vembanyamanın boyu 224 sm-dir.

Conqkuç Maç Avstraliyanın ikinci səviyyəli liqası sayılan NBL1 East-də “BA Centre of Excellence” komandasının heyətində çıxış edir və Avstraliya İdman İnstitutunu təmsil edir.

Gənc basketbolçu artıq ABŞ universitetlərinin də diqqətini çəkib. Luiziana Dövlət Universiteti, Kolorado Universiteti və Santa-Klara Universiteti ona NCAA-da çıxış etmək üçün təklif göndərib.

İdman.Biz