“LANDAU Lions” Nicat Məmmədli ilə müqavilə müddətini uzadıb

30 İyul 2026 15:18
483
“LANDAU Lions” Nicat Məmmədli ilə müqavilə müddətini uzadıb

“LANDAU Lions” klubu basketbolçusu Nicat Məmmədli ilə müqavilə müddətini uzadıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Basketbolçu növbəti mövsümdə də komandanın formasını geyinəcək.

Nicat Məmmədli 2025-ci ilin yayında o vaxt “Abşeron Lions” adlanan komandaya “Sərhədçi”dən keçib. Bu transfer basketbolçunun daha əvvəl “AAAF Xırdalan” və “Xırdalan” adları ilə çıxış etdiyi komandaya qayıdışı olub.

Azərbaycan millisinin üzvünün boyu 200 sm-dir. O, ötən mövsüm “Abşeron Lions”un heyətində çıxış edib və ölkə çempionatının gümüş medalını qazanıb.

Qeyd edək ki, yeni mövsüm öncəsi klub adını dəyişərək “LANDAU Lions” adlandırılıb. Komanda həmçinin FIBA Çempionlar Liqasının təsnifat mərhələsində debüt etməyə hazırlaşır.

İdman.Biz