Sərbəst güləşçimiz İbrahim Həsənov U-17 dünya çempionatının finalında - YENİLƏNİB

1 Avqust 2026 17:47
1 114
Sərbəst güləşçimiz İbrahim Həsənov U-17 dünya çempionatının finalında - YENİLƏNİB

Sərbəst güləşçimiz İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının finalına vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/2 finalda rusiyalı İslam Kuraxmayevi 10:6 hesabı ilə üstələyib.

O, qızıl medal uğrunda yarışda iranlı Benyamin Aşoften Mayvanla üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

15:38

Sərbəst güləşçimiz Tunar Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının 1/4 finalında məğlub olub.

İdman.Biz xəbər verir ki, 45 kq çəki dərəcəsində yarışan idmançı gürcüstanlı Luka Dotiaşviliyə 4:5 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

15:19

Sərbəst güləşçimiz İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının yarımfinalına vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda hindistanlı Qovind Qovindi 10:3 hesabı ilə üstələyib.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

14:27

Sərbəst güləşçimiz Tunar Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, 45 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda bolqarıstanlı Radoslav Velikovu 4:1 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

13:54

Sərbəst güləşçimiz İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

13:34

Sərbəst güləşçimiz Elcan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə uduzub.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 final mərhələsində polşalı Vitold Pavlikə 2:3 hesabıyla məğlub olub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

12:35

Sərbəst güləşçimiz Elgün Kərimli Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə uduzub.

İdman.Biz xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində hindistanlı Sakşam Fnuya (5:5) sonuncu xal prinsipinə əsasən məğlub olub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

11:33

Sərbəst güləşçimiz Tunar Quliyev Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk görüşündə məğlub olub.

İdman.Biz xəbər verir ki, 71 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində qazaxıstanlı Adilət Rısbaya 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

09:30

Bu gün Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, yarışın altıncı günündə Azərbaycanın beş sərbəst güləşçisi xalça üzərinə çıxacaq.

Təsnifat mərhələsi
71 kq

Tunar Quliyev - Adilet Risbay (Qazaxıstan)

92 kq

Elgün Kərimli - Sakşam Fnu (Hindistan)

1/8 final
45 kq

Tunar Həsənov - R.Velikov (Bolqarıstan)/Ariun Erdenetuqs (Monqolustan)

51 kq

İbrahim Həsənov - Qaurav Bahi (Kanada)/Giorgi Narimanidze (Gürcüstan)

60 kq

Elcan Həsənov - Balaj Hideq (Macarıstan)/Vitold Pavlik (Polşa)

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

İdman.Biz